Türk müğənnisi şəhidlərimizin xatirəsini belə andı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türk müğənnisi şəhidlərimizin xatirəsini belə andı – FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Barok Ariyalar Axşamı” adlı gecə təşkil edib.

Publika.az-a açıqlama verən Oya Ergün ariyalar gecəsini cəbhə bölgəsində şəhid olan əsgərlərimizin xatirəsinə həsr etdiyini deyib: “Biz iki həftə öncə ariya gecəsini keçirməyi planlaşdırmışdıq. Amma son anda Azərbaycan ordusunun əsgərlərinin şəhid olması ilə bağlı aldığımız xəbər bizi çox üzdü. Bu axşamı da şəhidlərin əziz xatirəsinə həsr etdik. Proqramı dəyişərək yalnız şəhidlərə aid olan ariyalar səsləndirdim. Allah vətən uğrunda dünyasını dəyişən əsgərlərə rəhmət eləsin! Onu da deyim ki, ariyalar axşamında pianoda məni, Hollandiyada birlikdə təhsil aldığım və Amerikada yaşayan dünyaca məşhur orqançı Cəmilə Cavadova-Spitsberq müşayiət etdi. Ona da öz təşəkkürlərimi bildirirəm”.

Qeyd edək ki, Alman-Azərbaycan mədəniyyət birliyi “Kapellhaus”da keçirilən ariyalar gecəsində Amerikanın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycandakı səfirliyinin diplomatları, İtaliyanın Azərbaycan səfirliyinin nümayəndəsi və digər səfirliklərin təmsilçiləri iştirak ediblər.

Onu da deyək ki, “Barok Ariyalar Axşamı“ adlı gecədə sopranoda Oya Ergün, pianoda Cəmilə Cavadova, Klaudio Monteverdinin şəhidlərə həsr etdiyi “Lasciatemi Morire” əsəri də daxil olmaqla Alessandro Scarlatti, Marko Antonio, Cesti, Kristof Villibald Qlük, Corc Frederik Handel, Antonio Kaldara, Culio Kaççini kimi məşhur bəstəkarların ariyalarını ifa ediblər.

Məlumat üçün bildirək ki, Oya xanım barok musiqisi mövzusunda ayrıca təhsil alıb və Avropanın bir çox şəhərində barok operalarda baş rol oynayıb. Eyni zamanda, Ergün barok, fleyta ailəsindən alto, soprano və sopranino fleytada da ifa edir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm