Tolik: “Şəhidlərin qırxı çıxanadək heç bir iş görməyəcəyəm”
Bizi izləyin

Tabloid.az

Tolik: “Şəhidlərin qırxı çıxanadək heç bir iş görməyəcəyəm”

Prodüser Tolik son günlər cəbhədə verdiyimiz şəhidlərin ruhuna hörmət əlaməti olaraq bəyanat verib.

Bu barədə o, özünün “Instagram” səhifəsində məlumat verib: “Aygün Kazımovanın Nabranda avqustun 22-də təyin etdiyi konserti təxirə salıram. Son günlər Azərbaycanın mərd, igid oğullarının şəhid olması tək öz ailələri üçün deyil, bu torpaqda gəzən hər bir vətəndaşın uğrunda olub. Mən bəziləri kimi pula görə insanların gözündən düşə bilmərəm. Çünki bizi bu səviyyəyə qaldıran xalqdır. Yaxınımız öləndə hansı qohum-əqrəba toya gedir?! Heç kim! Ona görə də bəzi şeyləri istisna etməklə (işimlə əlaqədar) şəhidlərimizin qırxı çıxmayana qədər heç bir təşkilatçılıq işi görməyəcəyəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm