Tabloid.az
18 yaşlı azərbaycanlı dünya gözəli seçiləcək? – FOTOLAR
“Baku Crystal Hall”un mətbuat zalında “Miss Globe İnternational” müsabiqəsi ilə bağlı tədbir keçirilib.
Publika.az-ın məlumatına görə, tədbirdə əvvəlcə şəhid olan əsgərlərin xatirəsi yad edilib. Daha sonra müsabiqənin direktoru Savaş Ağca və Azərbaycan üzrə rəsmi tərəfdaş olan “Z Company 2007” şirkətinin rəhbəri Zamiq Əlioğlu çıxış edərək yarışmadan bəhs ediblər. Təşkilatçılar bildiriblər ki, 120 ölkənin gözəli avqustun 27-də Bakıya gələcək. Eyni zamanda, xarici ölkədən qonaqlar da dəvət edilib.
Yarışma 120 ölkənin 58 kanalında Azərbaycan, türk, ingilis dilində canlı olaraq yayımlanacaq.
Gecədə Demet Akalın, Asena, Gökhan Özen, İnna, Lolita, Gürkan Uyqun kimi məşhurlar çıxış edəcəklər. Aparıcı isə Burcu Əsmərsoy olacaq.
Türkiyənin “Kanal D, “Star magazin”, “Show TV magazin”, “TV8 Magazin” verilişlərinin çəkiliş qrupu da paytaxta gələcək.
Qeyd edək ki, ölkəmizi dünya gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək. Banu Türkiyədə peşəkarlardan dərs alıb.
Cəvahir Səlimqızı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB