"Qarabağ xalq oyunları və meydan tamaşaları”na tələsin! – FOTO
Bizi izləyin

Tabloid.az

"Qarabağ xalq oyunları və meydan tamaşaları”na tələsin! – FOTO

Noyabrın 13-14-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İnstitutdan Publika.az-a verilən məlumata görə, konfransda ümumtürk kontekstində xalq oyun və tamaşaları müqayisəli təhlil ediləcək, Qarabağda tarixən icra edilmiş xalq oyunları və meydan tamaşaları, bu oyunların ritual-mifoloji kökləri, mövsüm və mərasimlə bağlı xalq tamaşaları müzakirə olunacaq.

Həmçinin, xalq oyunlarının musiqi, mədəniyyətin digər sahələri ilə əlaqəsi, bu oyunlardan və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları, uşaq oyunları, kompüterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları da beynəlxalq konfransın əsas mövzularındandır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm