“Böyük Bakının İnkişaf Planı”na yeni təklif
Bizi izləyin

Tabloid.az

“Böyük Bakının İnkişaf Planı”na yeni təklif

Abşeron yarımadasının Xəzər dənizi ətrafı boyu turizm kompleksinin yaradılması təklif olunur.

Bu “Böyük Bakının Regional İnkişaf Planı” layihəsi üzrə iqtisadi inkişafın əsas istiqamətlərindən biri olacaq.

Publika.az-ın məlumatına görə, bu sözləri layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov AzərTAc-a deyib.

O bildirib ki, həmin ərazidə turizm infrastrukturunun inkişafı, müasir turizm komplekslərinin yaradılması, eləcə də, sanatoriya-müalicə və istirahət mərkəzlərinin bərpası iqtisadi inkişafın prioritetlərindəndir.

Layihəyə, həmçinin kənd təsərrüfatının inkişafının dəstəklənməsi yolu ilə ərzaq istehsalı müəssisələrinin təşkili, o cümlədən, çörək və qənnadı məhsullarının istehsalı daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm