Xalq artistlərimiz Ağdamda – FOTO
Bizi izləyin

Tabloid.az

Xalq artistlərimiz Ağdamda – FOTO

Azərbaycanın bir qrup sənət adamı Ağdama səfər edib.

Bu barədə Publika.az-a xalq artisti Nəzakət Teymurova məlumat verib. Ağdamın cəbhə xəttində baş verənlərdən nigaranlığını ifadə edən xanəndə xanım qürur hissini də gizlətməyib: “Ali baş komandanımızın, ölkə Prezidenti cənab İlham Əliyevin Qarabağa səfərini eşidəndə fəxarətdən gözlərim doldu. Bütün Azərbaycan mənim keçirdiyim hissləri yaşayır, buna əminəm. İnanıram ki, tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqları özümüzə qayıdacaq. Əlbəttə, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Vətən yolunda şəhid olan əsgərlərimizin ruhu qarşısında baş əyirəm”.

N.Teymurova Mənsum İbrahimov, Arif Babayev, Təyyar Bayramov, Cabir Abdullayev, Aygün Bayramova ilə birlikdə çəkdirdiyi fotonu da bizə təqdim edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm