Türkiyədə azərbaycanlı aktyora yubiley hədiyyəsi – FOTO
Bizi izləyin

Tabloid.az

Türkiyədə azərbaycanlı aktyora yubiley hədiyyəsi – FOTO

İstanbulda əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovun 60 illik yubileyi qeyd olunub.


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, mədəniyyət xadimləri, elm və təhsil adamları iştirak edib.

Yubiley tədbirində C. Novruzovun Azərbaycan və Türkiyə mədəniyyətləri arasında yaratdığı körpüdən, milli mədəniyyətin inkişafındakı xidmətlərindən söz açılıb, yubilyarın Türkiyənin mədəni-siyasi həyatındakı rolundan danışılıb. Yubiley konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, hazırda Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışan professor C. Novruzov 2011-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 2014-cü ildə TÜRKSOY-un “20 illik medalı”na layiq görülüb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm