“Miss Globe İnternational”ın biletləri satışda – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

“Miss Globe İnternational”ın biletləri satışda – AÇIQLAMA

“Miss Globe İnternational”ın biletləri satışdadır.

Avqustun 27-də “Baku Crystal Hall”da keçiriləcək 89-cu “Miss Globe İnternational” gözəllik müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı “Z Company 2007” şirkətinin rəhbəri Zamiq Yunisov müsabiqənin müəyyən detalları haqda Publika.az-a açıqlama verib.

O bildirib ki, müsabiqədə dövlətlərini təmsil etmək üçün bu ayın 13-dən Bakıya gələcək 120 ölkənin gözəllərinin gündəlik planı artıq hazırdır. Bura Azərbaycanın tarixi yerlərini gəzmək, milli mətbəxi ilə tanış olmaq, kimsəsiz qocalar və uşaqlar evlərini ziyarət etmək, maraqlı partilər, mini-müsabiqələr və s. aiddir.

Z.Yunusov onu da bildirib ki, müsabiqədən əldə olunacaq maddi vəsaitlə kimsəsiz qocalar və uşaqlara yardım ediləcək.

Təşkilatçı müsabiqəni izləmək istəyən tamaşaçıların diqqətinə onu da çatdırıb ki, artıq biletlər satışdadır. 15-150 AZN dəyərində olan biletləri paytaxt Bakının bütün kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, ölkəmizi 89-cu “Miss Globe İnternational” gözəllik yarışmasında 18 yaşlı Banu Sücai təmsil edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm