Ukraynanın tanınmış qrupu “Sarı Gəlin” oxudu
Bizi izləyin

Tabloid.az

Ukraynanın tanınmış qrupu “Sarı Gəlin” oxudu

Ukraynanın tanınmış rok qrupu “Persona Qrata” ölkəmizdə konsert verəcək.

ANS PRESS-in məlumatına görə, rus, gürcü və ukraynalılardan ibarət olan qrup avqust ayının 22-də Bakıda canlı konsertə hazırlaşır.

“Persona Qrata” bir neçə gün bundan əvvəl ölməz əsərlərimizdən olan “Sarı Gəlin”mahnısını ifa edib.

Avropada da yetərincə tanınan musiqi qrupu paytaxt dinləyiciləri qarşısında canlı ifa ilə çıxış edəcəklər. Bu barədə konsertin təşkilatçısı Aqil Məmiyev bildirib.

Xatırladaq ki, “Persona Qrata” ötən ilin sentyabrında klip çəkilişləri üçün paytaxtımızın qonağı olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm