Yeddi oğuldan biri anıldı – FOTO
Bizi izləyin

Tabloid.az

Yeddi oğuldan biri anıldı – FOTO

Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış aktyor və kinorejissor, xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olublar.

Mərasim Şahmar Ələkbərovun həyat və fəaliyyətindən bəhs edən xatirə çarxının nümayişi ilə başlanıb. Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Şahmar Ələkbərovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrdən söz açıb.

Tədbirdə xalq artistləri Əminə Yusifqızı, Ramiz Məlikov, Nuriyyə Əhmədova, əməkdar artist Elxan Qasımov, kinorejissor Ənvər Əbluc və başqaları çıxış edərək görkəmli aktyor Şahmar Ələkbərovun Azərbaycan mədəniyyəti, o cümlədən, kino tariximizdəki mövqeyindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Şahmar Ələkbərovda yüksək istedadla yanaşı, xeyirxahlıq və nəciblik kimi nəcib insani keyfiyyətlərin olduğunu söyləyib. C.Quliyev istər kurs, istərsə də diplom işinə həsr olunmuş filmlərinin çəkilişində ondan böyük kömək gördüyünü diqqətə çatdırıb və zəngin daxili aləmə malik bu sənətkar üçün janr məhdudiyyətinin olmadığını deyib.

Bildirildi ki, İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən Ş.Ələkbərova həsr olunmuş film avqustun 25-də nümayiş ediləcək.

Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərildi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm