Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu ustad dərslərinə dəvət edir
Bizi izləyin

Tabloid.az

Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu ustad dərslərinə dəvət edir

Aprelin 19-20-də SSRİ Xalq Artisti Tamara Sinyavskaya Moskvadakı V.İ.Muradeli adına musiqi məktəbində açıq ustad dərsi keçəcək.

prelin 19-20-də SSRİ Xalq Artisti Tamara Sinyavskaya Moskvadakı V.İ.Muradeli adına musiqi məktəbində açıq ustad dərsi keçəcək.

Publika.az Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun saytına istinadla xəbər verir ki, ustad dərsin iştirakçıları ali musiqi məktəblərinin vokal bölmələrinin tələbələri, musiqi teatrının gənc artistləri olacaqlar.

Professor Tamara Sinyavskaya Rusiya Teatr Sənəti Universitetində kafedra müdiri olmaqla pedaqoji fəaliyyətə çox vaxt ayırır. Başqa təhsil müəssisələrinin vokalçıları üçün opera səhnəsinin belə bir sənətkarının ustad dərslərini dinləmək böyük bir imkan olacaqdır.

Açıq dərsdə fəal iştirak etmək istəyənlər (yerlərin sayı məhduddur) aprelin 11-dək, passiv iştirak etmək istəyənlər aprelin 18-dək müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm