Natavan Həbibi: “Cangüdənimlə adam qorxuduram”
Bizi izləyin

Tabloid.az

Natavan Həbibi: “Cangüdənimlə adam qorxuduram”

Natavan Həbibi: “Cangüdənimlə adam qorxuduram”

İtə görə ağlamışam

Şarmlı və cazibədar müğənni Natəvan Həbibi Publika.Az-ın suallarını cavablandırdı:

- Sizi bu gün daha arıq gördük.

- Hə, yorğunçuluq var. Konsertimin məşqləri olur. Mən iş görəndə çay, meyvə yeyirəm, ancaq yemək yemirəm. Mən heç nə yeyə bilmirəm. Pəhrizimin ən böyük sirri ananasdır. Yeməkdən sonra bir-iki dilim ananas yeyin.

- Yeni duet yazdırmısız.

- Bəli, Toni ilə duet oxumuşam. Gözəl bir mahnıdır, klip çəkdirəciyik. Mahnının içində Toninin sevgi tarixçəsi var.

- Reperlərlə çox duet oxuyursuz

- İstedadlı reperlərimiz çoxdur, bundan əksəriyyətinin xəbəri yoxdur. Mən həmişə özüm gənc olduğuma görə, öz üzərimdə bağlı qapıları yadıma saldığıma görə, onlara dəstək olacam. Onların heç olmaya qabağa getməyə şansları olsun. Biz, çox bağlı qapılar görmüşük.

- Reperlərdən başqa, meyxanaçı ilə duet oxuyardız? Məsələn, Üzeyir Mehdizadə...

- Təkraredici layihələr mənlik deyil. Bir çox estrada müğənniləri meyxanaçılarla duet oxuyublar. Nəticəsini özünüz görmüsüz. Bu iş mənlik deyil.

- Qısqancsız?

- Həddindən artıq qısqanc birisiyəm. Sevdiyim insanı, yəni dostlarımı qısqanıram. Amma bir şey var ki, özümə hörmət qoyuram. Heç kəsə qısqanclığımı bildirmirəm. Heç kəsə də demərəm ki, filankəslə dostluq etmə. Mən bunu deməklə, səviyyəmi alçaldıram. Bizim elə müğənnilərimiz var ki, qısqanclıq beyinlərinə vurur və özünü itirərək, səhv addımlar atırlar.

- Özünüzdən çox razısısız.

- Mən özümdən razıyam. Allaha şükür edirəm ki, nəyim varsa, o mənə bəxş edib. Mən bundan razıyam. Mən insanlara çatdırmaq istəyirəm ki, özümdən razı söhbətini belə qəbul edirəm. Hər bir insanı danışdırsan, özündən razı olduğunu deyəcək. Minusu olan insanlar özündən razı olmurlar. Allahım könlümü, həyatımı, vücudumu bu cür bəxş edib.

- Cangüdənlə gəzirsiz? Kimdən qorxursuz?

- Mən cangüdənlə adam qorxuzdururam ( gülür). Mənim illərdir ki, cangüdənim var. Müğənninin tək gəzməyinə pis baxıram. Müğənni, tanınmış sima, ən əsası xanımlar, ailəsi olan və özünə hörmət edən xanımlar cangüdənlə gəzməlidir. Mən bu fikirlərimə görə heç kəsdən rəy və ya hesabat istəmirəm. Mən belə həyat yaşayıram. Kim bəyənmirsə özü bilər.

- Natavanı nə əsəbləşdirib, ağlada bilər?

- Natavanı “tpoyluq”, ikiüzlülük, satqınlıq əsəbləşdirirdi. İndi bu hərəkətlər məni əyləndirir. İnsanları tanıdıqca, tanıyırsan. Ürəyimdə olan narahatçılıq, doğma insanlarıma görə mən ağlaya bilərəm. Gözəl bir musiqi, sosial reklam çarxlarında göstərilən kasıb insanlar, “bomj”, ac uşaq kimi şeylər ağlada bilər. “Hatiko” filmində itə görə ağlamışam.

- Hansı mahnını ifa edəndə ağlamısız?

- Yaz yağışı mahnısı sırf mənim həyatıma yazıldığına görə mənim üçün bu mahnı önəmlidir. Mahnını ilk vaxtlar ifa edəndə ağlayırdım, sözlər mənə təsir edirdi. Ən çox məni “azdı axı yaşım mənim” kimi cümlələr ağlatmışdı.

- Tək qalmaqdan qorxmursuz?

- Oyyyyy, çox qorxuram. Özümü tək təsəvvür edə bilmərəm. Bir çox müğənnilər tək yaşamaq istəyir. Mən anam, bacımla yaşayıram. Mən evə girəndə görmək istəyirəm ki, həyat qaynasın, anam orda yemək bişirsin və. s

- Natavana arxadan zərbə vurublar?

- Çox olub. Bu, artıq məni əyləndirir, əsəbləşmirəm. Mən zaman-zaman dost dediklərim sən demə sinəmdə bəslədiyim ilanlar imiş. İndi mən onların hamısını uzaqlaşdırmışam.

- Sizi nə xoşbəxt edir?

- Dostlarımın qayğısı məni xoşbəxt edir.

Elvin Elxan
Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm