Şeldon ailəsi: əzablı yollarla xoşbəxtliyə doğru
Bizi izləyin

Tabloid.az

Şeldon ailəsi: əzablı yollarla xoşbəxtliyə doğru

Sidni Şeldon – Amerika populyar romanının ikonalarından biridir. Onun romanlarının əksəriyyəti bestsellerdir. İlk əsəri olan “Maskanı çıxarmaq” 1970-ci ildə nəşr olunandan dərhal sonra Edqar Po mükafatına layiq görüldü.

Bu gün Şeldonun kitablarının tirajı 275 milyon nüsxə təşkil edir. Ədib ədəbiyyat və kinematoqrafiyaya göstərdiyi xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb. Bundan başqa yazıçının adı Ginnesin Rekordlar kitabına da düşüb: Şeldon dünyada ən çox tərcümə edilən müəllifdir.

Şeldon gözəl ailə başçısı və qayğıkeş ata idi. Yazıçının 30 il nikahda olduğu Horx Kartraytla evlilikdən dünyaya gələn iki qızdan – Meri və Aleksandr – birində (Aleksandr) anadangəlmə beyin şişi olduğundan uşaq lap körpə ikən vəfat edir. Bu, Şeldon cütlüyü üçün ağır zərbə olur. Acı çəkən valideynlər böyük qızlarını da itirəcəklərindən qorxaraq onun üstündə əsməyə başlayırlar. Meri də bacısının itkisini ağır qarşılayır və valideynlərindən xahiş edr ki, ona kiçik bacı bağışlasınlar. Şeldonlar körpələr evindən uşaq götürmək qərarına gəlirlər. Günlərin bir günü Sidni evə balaca Elizabet Eyprili gətirir. Anası sevdiyi oğlandan ayrıldığından ondan imtina etmişdi. Sidni və Horxa Elizabeti doğma qızları kimi sevdilər, Meri də tezliklə ona öyrəşdi, ancaq təəssüf, onların xoşbəxtliyi uzun sürmədi. Yarım ildən sonra doğma anası Şeldonların narazılığına baxmayaraq, qızını qaytarmaq qərarına gəldi.

Bundan sonra uğurlu romanların və ssenarilərin növbəsi gəlir. Sidney çox zəhmətkeş idi, o, hər gün 50 makina səhifəsi yazı verirdi. Yazıçı materialı Stenoqrafçıya diktə edir, sonra özü hamısını yoxlayııb redaktə edirdi. Yaradıcılıq onu tamamailə özünə cəlb etmişdi, sevimli işi ilə məşğul olmadan yaşaya bilmirdi.

1984-cü ildə ildə sevimli zövcəsini itirəndə də yazıçını yazmaq xilas edir. Bu itkidən sonra Şeldon bir neçə ayın ərzində ahıl bir qocaya çevrilir. Halbuki buna qədər heç kim ona 67 yaş vermirdi. Ancaq Sidni yazmaqdan qalmır, yeddi ildən sonra isə yeni bir viraj edir: 74 yaşlı Şeldon 46 yaşlı Aleksandr Kostoffla evlənir. Arvadı artıq bu vaxta qədər iki qız dünyaya gətirmiş Meri ilə də münasibətlərini yoluna qoya bilir və Sidneyin əvəzolunmaz köməkçisinə çevrilir. Qadın 22 il onun bütün yazılarını oxuyur, nəşriyyatlarla danışıqlar aparır, vergilərin vaxtlı-vaxtında ödənilməsinə nəzarət edir, evin bütün təsərrüfat işlərini idarə edir. Məşhur yazıçı 2007-ci ildə 89 yaşında Kaliforniyadakı rançosunda vəfat edir.

Bu gün Sidni Şeldonun ədəbi irsini Aleksandra və Meri idarə edir. Meri – filoloqdur. İlk hekayəsini səkkiz yaşında yazan Meri atasının yolu ilə gedərək yazıçılıqla məşğul olur, bəzi filmlərə də çəkilib.

Zəngin ailədə böyüməsinə və evlərində tez-tez Hollivud ulduzlarının qonaq olmasına baxmayaraq, Meri bohem həyatdan imtina edib. Xaş atası məşhur Amerika aktyoru Qrauço Marks olan Merinin ilk ailə həyatı tez dağılsa da, ikinci həyat yoldaşı, aktyor Bob Van Düsenlə bu gün də birlikdədirlər.

Merinin nəşriyyat biznesindəki ilk addımları kifayət qədər mürəkkəb olsa da, naşirlər ona müstəqil yazıçı kimi deyil, Sidninin qızı kimi baxırdılar. Ancaq Meri öz şöhrətini zəhməti ilə qazandı: istedadla yanaşı zəhmətkeşlik və güclü xarakter də atasından ona miras qalmışdı. Şeldon kimi Meri də hər gün işləyir. Yazıçı dəfələrlə qeyd edib ki, pul xatirinə deyil, özünü sevimli işindən ayrı təsəvvür edə bilmədiyi üçün yazır. Buna inanmaq çətin deyil. O, kifayət qədər zəngindir. Atasının gəlirlərindən başqa yazıçı öz kitablarının satışından da yaxşı qazanır və bir çox uğuqlu layihələrin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm