Haluk Levent Bakını coşdurdu, Ərdoğanı "iynələdi" - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Haluk Levent Bakını coşdurdu, Ərdoğanı "iynələdi" - FOTOLAR

Haluk Levent Bakını belə coşdurdu-FOTOLAR

Ötən gün türk rok ifaçısı Haluk Levent Bakıda konsert verib.

Publika.Az xəbər verir ki, yerli klubların birində baş tutan konsert maraqlı məqamlarla yadda qalıb.

Belə ki, konsert zamanı rok ifaçısı maraqlı hekayələr danışıb, sətiraltı ifadələr işlədərək, atmacalar atıb. “600 il əvvəl bir şair olub, o yazıb ki, mən içki içirəm sənə nə? Çarşab bağlamıram sənə nə? İbadət etmirəm sənə nə? sözlərini şair tam 600 il əvvəl deyib. Ancaq indiki dövrdə biz bu sözləri başqalarına başa sala bilmirik”- deyərək Azərbaycan mahnıları ilə hər kəsi coşdurub. Tanınmış rok ifaçısı həmçinin, “Muhteşem Yüzyıl” serialına çəkilmək fikrinə düşüb.

“ Məşhur türk serialı, "Muhteşem Yüzyıl"a baxanlar güman ki, burda var. Hər kəs o serialda rol oynayır, mən də rol almaq istədim. Serialın rejissorunun o tərəfinə, bu tərəfinə keçdim, çiyin vurdum, ancaq mənə rol vermədi.

Sonra mən həmin günü yuxu gördüm. Sultan Süleyman və ətrafı sarayda oturub. Məndə Süleyman paşanın hüzuruna gəlirəm. Paşa məni göstərərək, iblis, edam edin onu dedi. O an yuxudan oyandım”- deyərək serialdan bir parça ifa etdi.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm