Şok: suyu zərərsizləşdirən kitab nəşr edildi - Foto
Bizi izləyin

Tabloid.az

Şok: suyu zərərsizləşdirən kitab nəşr edildi - Foto

Virciniya universitetinin kimyaçı alimi hazırladığı Drinkable book-un sətri tərcüməsi “içməli su”dur. Kitabın orijinallığı ondadır ki, onun nəşr olunması üçün alimlərin xüsusi hazırladıqları, qismən gümüşlə örtülmüş kağızlardan istifadə olunub. Kitabın üstünə düşən bütün zərərli bakteriyalar və digər xəstəlik törədən mikroorqanizmlər məhv olurlar – beləliklə, kitabın hər səhifəsi (kitabda cəmi 20 səhifə var) bir filtr kimi 30 gün ərzində suyu bütün yatalaq və vəba törədicilərindən təmizləyir!

“İçməli su kitabı”nı hazırlamaqda məqsəd planetdə təmiz içməli su çatışmazlığı probleminə diqqət çəkməkdir. Dankoviç hesablayıb ki, planetdə 780 milyon nəfər istifadə üçün yararsız olan və ya çirklənmiş su içmək məcburiyyətindədir, su ilə yoluxan və ya suyun çatışmazlığının yaratdığı ağır xəstəliklərdən ölüm faktları isə hər il 3,4 milyon nəfərdən artıqdır. Kitabda həmçinin sudan qənaətlə istifadə haqqında məsləhətlər də yer alır – bu yazılar insan orqanizmi üçün zərərsiz olan mürəkkəblə yazılıb.

Bir sözlə, 20 ay müddətində suyun təmizlənməsinə bəs edəcək kitabın istehsal dəyəri cəmi 2 ABŞ dollarıdır! Drinkable book-un ilk nəşri Hindistan, Afrika və Çinə göndəriləcək. Könüllü nəşriyyatlar ehtiyacı olanlara kitabı pulsuz paylayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm