Tabloid.az
Müslüm Maqomayevin ad günü qeyd edildi (VİDEO)
Dünya şöhrətli opera və estrada müğənnisi Müslüm
Maqomayevin doğum günü onun ikinci vətəni Rusiyanın paytaxtı
Moskvada da qeyd olunub. Dahi sənətkarın Moskvadakı heykəli
qarşısında toplanan heyranları onun sənət həyatındakı uğurlarıyla
yanaşı Azərbaycan və Rusiya xalqları arasında dostluq
münasibətlərindəki roluna da diqqət çəkiblər.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Müslüm Maqomayevin
Moskvadakı heykəli qurulduğu gündən bəri bir gün belə olsun
çiçəksiz qalmayıb. Böyük sənətkarın pərəstişkarları hər gün
heykəlin qarışısına çiçəklər gətirirlər. Bu gün isə çiçəklərin sayı
daha çoxdur. Cunki məşhur Azərbaycan müğənnisi Müslüm Maqomayevin
bu gün doğum günüdür.
Əfsanəvi səsilə sadəcə azərbaycanlıların deyil, müxtəlif millətlərə
mənsub milyonlarca insanın sevgisini qazanmış olan böyük sənətkar
Müslüm Maqomayev doğum günündə yenə də Rusiyadakı heyranları
tərəfindən undulmadı. Səhərin erkən saatlarından etibarən
sənatkarın heykəli qarşısında toplanmaya başlayan vətəndaşlar
gətirdikləri çiçəkləri heykəlin ətrafına düzdülər. Maqomayev
pərəstişkarlarından bəziləri böyük sənətçinin mahnılarını
dinlərkən, digərləri isə onun həyatda olmamasını göz yaşlarıyla
andı.
Daha sonra Umümrusiya Azərbaycan Konqresi və Moskva Azərbaycan
Cəmiyyətinin nümayəndələri çıxış edərək Müslüm Maqomayevin sadəcə
misilsiz istedadıyla deyil, həm də yüksək insani keyfiyyətlərilə
Rus və Azərbaycan xalqlarının fəxri olduğunu dedilər.
Ümumrusiya Azərbaycanlılar Konqresinin rəsmisi İlqar Hacıyev: "O,
həmişə deyirdi ki, Azərbaycan mənim atamdır, Rusiya isə anamdır. O,
bu sözlərilə hər zaman Azərbaycanla Rusiya arasındakı münasibətləri
qeyd edird və hər zaman körpü rolunu oynayırdı”.
Maqomayevin pərəstişkarı Nataliya Demidenko: "Müslüm mənim 7-ci
sinifdən sevdiyim bir insandır. Onun sevgisini bütün həyatım boyu
qəlbimdə daşımışam. Qoy ərim də məni bağışlasın ancaq mən Müslümü
bütün qəlbimlə sevmişəm”.
Qeyd edək ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66
yaşında Moskvada vəfat edib. Böyük sənətkarın musiqi irsini davam
etdirmək üçün Moskvada Müslüm Maqomayev Fondu fəaliyət
göstərir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO