Rəqsanə yol polisinə sərt cavab verdi - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Rəqsanə yol polisinə sərt cavab verdi - AÇIQLAMA

Rəqsanənin qızı Aysun yol hərəkəti qaydalarını pozanda anasının adından istifadə etdiyini deyib.

Rəqsanənin qızı Aysun yol hərəkəti qaydalarını pozanda anasının adından istifadə etdiyini deyib.

Bu ifadəyə Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama gəlib:

"Bundan kimsə istifadə edib bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar".

Rəqsanə isə cavabında Aysunun fikirlərinin bu qədər ictimailəşdirilməsindən narahatlığını gizlətməyib:

"Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də hələ ki, maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobildə ciddi xətalar törətməyib, çünki sürücünün təcrübəsi olduğu üçün qızımı ona etibar edirəm. Yol polisi kiçik səhvlərə görə saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Bu da hər dəfə baş vermir. Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Güzəşt hər bir xanım üçün göstərilə bilər. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm