Məhdumqulu Fəraqinin 290 illik yubileyi keçiriləcək
Bizi izləyin

Tabloid.az

Məhdumqulu Fəraqinin 290 illik yubileyi keçiriləcək

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Şərqin böyük mütəfəkkiri və klassiki Məhdumqulu Fəraqinin 290 illik yubileyinin təntənəli keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Qərar imzalayıb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Şərqin böyük mütəfəkkiri və klassiki Məhdumqulu Fəraqinin 290 illik yubileyinin təntənəli keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Qərar imzalayıb.

Sənədə əsasən, sərgilərin, konfransların təşkili, televiziya verilişlərinin hazırlanması, tamaşaların hazırlanması və şairin müxtəlif dillərdə şer toplularının nəşri nəzərdə tutulub.

Türkmənistan dövlətinin başçısı Məhdumqulu Fəraqi adına medal təsis edilməsi haqqında müvafiq sənədlərin hazırlanmasını da tapşırıb. “Biz bu medalla şair və nasirləri, rəssamları, aktyorları, teatr və televiziya işçilərini və digər yaradıcı işçiləri təltif etməklə, ölkəmizin incəsənət və mədəniyyətinin inkişafına sanballı töhfə vermiş olarıq”, - deyə Prezident Qurbanqulu Berdiməhəmmədov vurğulayıb.

Türkmənistan Prezidenti, həmçinin Balkan vilayətinin başçısına Qərkəz kəndində Məhdumqulu Fəraqi Memorial Kompleksinin tikilməsi və abidəsinin ucaldılması üçün tender elan etməsinə göstəriş verib.

Prezident Türkmənistanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarına Məhdumqulu Fəraqinin ədəbi irsini geniş təbliği üçün onun həyat və yaradıcılığına həsr olunmuş qəbulların təşkili, sərgi və konfransların, “Məhdumqulu Fəraqi və ümumbəşər mədəni dəyərləri” mövzusunda Beynəlxalq elmi konfransın keçirilməsi barədə tapşırıqlar verib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2014-cü ili “Məhdimqulu Fəraqi ili” elan edib və bununla bağlı fevralın 5-də Türkiyənin Ankara şəhərində açılış mərasimi keçiriləcək. İlin yekun tədbirinin isə dekabrda Aşqabadda keçirilməsi planlaşdırılır.

Cari il mayın 14-dən 16-dək Aşqabadda keçiriləcək “Məhdumqulu Fəraqi və ümumbəşər mədəni dəyərləri” mövzusunda beynəlxalq elmi konfransa dünyanın böyük beynəlxalq elm mərkəzlərindən, Avropa və Asiya qitələrindən, MDB dövlətlərindən elm, mədəniyyət və incəsənət xadimləri, məhdumquluşünaslar dəvət olunmuşlar.

Hər il mayın 19-u türkmən ədəbiyyatının klassiki, şairi, filosofu Məhdumqulu Fəraqi poeziyası və yüksəlişi, birlik bayramı Türkmənistanda rəsmi qeyd olunur. /Azertac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm