“Ən bahalı kostyumumu 2700 manata almışam” – FOTO
Bizi izləyin

Tabloid.az

“Ən bahalı kostyumumu 2700 manata almışam” – FOTO

Tanınmış müğənni Emil Bədəlov qarderobundan danışıb. Publika.az-a danışan Emil deyir ki, əsas geyimin rahat olmasıdır: “Rahat geyimləri çox xoşlayıram. Əgər yan-yana iyirmi mağaza varsa, mən həyatım boyu o mağazaları bir-bir gəzib özümə nəsə almaram. Yəni geyim almaq üçün xüsusi vaxt itirmərəm. Elə bir mağazaya girib özümə lazım olan bütün geyimləri alıb çıxaram”.

Dediyinə görə, brend onun üçün önəmli deyil: “Brend mənim üçün o halda önəmli olardı ki, ayda 200-500 min manat pul qazanım və istədiyim brend geyimi ala bilim. Amma indiki qazancıma uyğun qiymətə geyimlər alıram”.

Onu da öyrəndik ki, Emilin qarderobunda ən ucuz geyimi 50-60 manatlıq köynəklər, ən bahalı geyimi isə 2700 manata aldığı kostyumudur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm