Tabloid.az
Aygün Kazımova polis idarəsinə çağırıldı
Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. Məsələ ilə bağlı müğənni Natəvan Həbibi ilə əlaqə saxladıq.
Açıqlama verən müğənni sözügedən məsələdən danışıb:
“Bəli, mən Aygün Kazımova, Tolik və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcəklər. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram. Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər rayon polis idarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!