“Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib
Bizi izləyin

Tabloid.az

“Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib

“Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin təşəbbüsü və Davud Qədiroğlunun təşkilatçılığı ilə aprelin 24-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib.

Publika.az xəbər verir ki, 29 aprel “Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş festival çərçivəsində ölkədə fəaliyyət göstərən uşaq və gənclərin rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.

Birliyin sədri Fərhad Abdulov festivalın təşkilində əsas məqsədin uşaq və gənclərin yaradıcı potensiallarının üzə çıxarılması və stimullaşdırılması, həmçinin rəqs sənətinin mədəni-sosial müxtəlifliyə baxmayaraq insanlar arasında emosional özünüifadə forması olduğuna, dil baryerini aşaraq qəlblər arasında harmoniya yaratmasına diqqət çəkmək olduğunu qeyd edib.

Rəqs kompozisiyaları münsiflər heyəti Xalq artistləri Eldar Mansurov və Cəmilə Bayramova, Əməkdar artist Etibar Zeynalov, Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan Tağızadə, ritm ifaçısı Cəfər Həsənov, rəqqasə-pedaqoq Səbinə İsmayılova tərəfindən qiymətləndirilib.

Məlumat üçün qeyd edək ki, “Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin xüsusi hədəfləri sırasında uşaq və gənclərin yaradıcı bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi kimi vəzifəsi yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm