Məşhur aktrisanın reklamı qalmaqal yaratdı - VİDEO, FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur aktrisanın reklamı qalmaqal yaratdı - VİDEO, FOTO

Amerikalı aktrisa, Hollivud ulduzu Skarlett Yuhansson Fələstinin işğal altında olan Qərbi Şəriə bölgəsində yerləşən "SodaStream" şirkətinin reklamına çəkiləndən sonra sərt tənqidlərlə qarşılaşıb.


İsrail şirkətinin reklamına çəkildiyi üçün aktrisa beynəlxalq OXFAM xeyriyyə təşkilatının "Xoşniyyətli səfiri" vəzifəsindən də istifadə verib.

Aktrisanın İsrailin "SodaStream" şirkətinin reklamına çəkilməsi əvvəlcə Fələstində, sonra ərəb aləmində, axırda da Qərbdə böyük qalmaqala səbəb olub.

OXFAM bəyanatında bildirib ki, Qərbi Şəriə hazırda İsrailin işğalı altında olan ərazi sayılır və beynəlxalq qanunlara görə, belə ərazidə yerləşən şirkətlərin reklamları, onlarla ticari əlaqələr yasaqdır: "Bu səbəbdən də Skarlett Yuhanssonun istefasını qəbul etdik. Aktrisanın sözügedən reklama çəkilməsi təşkilatımızın xoşniyyətli elçisi statusu ilə ziddiyyət təşkil edir. İsrailin işğal etdiyi ərazilərdə fəaliyyət göstərən belə şirkətlərin dəstəkləməyə çalışdığımız Fələstin xalqının daha da yoxsullaşmasına və haqları ilə hüquqlarının inkarına səbəb olduğuna əminik"./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm