Tanınmış model sevgilisinin qızına analıq edir - FOTO
Bizi izləyin

Tabloid.az

Tanınmış model sevgilisinin qızına analıq edir - FOTO

Conni Deppin Ember Herdlə münasibətlərinə xeyir-dua verən, görünür, tək keçmiş həyat yoldaşı Vanessa Paradi deyil. Aktyorun qızı da atasının yeni sevgilisini bəyənib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu günlərdə Los-Angelesdə paparassilər Ember Herdi Conni Deppin 14 yaşlı qızı ilə birgə alış-veriş edərkən görüblər.

Onlar kənardan rəfiqələr və ya bacılar kimi görünürdülər. Vaxtlarını şən keçirirdilər. Fotolardan da görünür ki, Ember və Lili Rouz bir-birləri ilə yaxşı dil tapırlar. Bütün fotolarda onlar gülümsəyirlər.

Qeyd edək ki, yaxın günlərdə Herd rəsmən Conni Deppin qızının ögey anası olacaq. Çünki Depp artıq Emberə evlilik təklif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm