Elariz Məmmədoğlu: “Qudalarım qızlarımdan şikayət etsələr…”
Bizi izləyin

Tabloid.az

Elariz Məmmədoğlu: “Qudalarım qızlarımdan şikayət etsələr…”

Müğənni Elariz Məmmədoğlu qızlarının ailə həyatından danışıb.

Publika.az-ın məlumatına görə, sənətçi ailə-məişət mövzusuna həsr olunmuş “Oturduğumuz yerdə” adlı verilişdə qızlarının ailəsi ilə bağlı maraqlı fikirlər səsləndirib: “İki qızım var, bir oğlum. Oğlum subay olsa da, qızlarım ailə həyatı qurublar. Əgər qudalarım qızlarımdan şikayət etmiş olsalar, məsələni araşdıraram. Onları öz evimə, süfrə arxasına dəvət edərəm və məsələni aydınlaşdıraram”.

Ümumiyyətlə, yuva dağıtmağın əleyhinə olduğunu və bunun faciəli sonluqla bitdiyini deyən Məmmədoğlu bir faktdan da danışıb: “Yuva dağıdanın heç vaxt yuvası olmaz. Mən adam tanıyıram ki, qardaşının ailəsini dağıdıb, nədi-nədi, nəsildə hegemonluğunu qoruyub saxlasın. Amma mən həmişə deyirəm ki, çalışıb ailəni qoruyub saxlamaq lazımdır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm