7 tip insanlardan uzaq durun
Bizi izləyin

Tabloid.az

7 tip insanlardan uzaq durun

1. "Tənqidçilər"

Siz nəyi cazibəli və maraqlı görürsünüzsə, onlar bunu eybəcər və maraqsız görürlər. Siz özünüzçün nəyi perspektivli görürsünüzsə, onlar bunu mənasız bir şey kimi görürlər. Onlar həmişə mübahisə etməyi sevirlər və həmişə haqlı olduqlarını düşünürlər. Bununla razılaşmayanları isə "axmaq" adlandırırlar.

Niyə təhlükəlidirlər: Onlar dünyanı özlərinə uyğunlaşdırmaq istəyirlər, əsas da ətrafındakılardan başlayırlar. Onlar başa düşmürlər ki, dünya onların "dəyərli" fikirləri olmadan da maraqlıdır və hər kəsin fikri unikaldır. Onlar öz sonsuz mübahisələrindəki neqativlə "qidalanırlar".

2. "Narsistlər"

Onlar özlərini o qədər sevirlər ki, dünyanın onların ətrafında döndüyünü düşünürlər. Onlar manipulyator olduqları qədər ağıllı deyillər və istəyirlər ki, dünya onların ayaqlarına yatsın. Adətən belə insanlara demək istəyirsən: "Sən kainatın mərkəzi deyilsən!".

Niyə təhlükəlidirlər: Onlar özlərindən ötrü "ölürlər" və yalnız onlara sərf edən şeylərin olmasını istəyirlər. Sizin maraqlarınız onlar üçün tamamilə önəmsizdir. Əgər bu tip insanlar sizin hansısa marağınızı dəyərli görürsə, deməli, burada onun marağı var. Onlar sizin onlara dəyər verdiyinizi görən kimi sizdən istifadə etməyə başlayırlar və elə düşünürlər ki, bu, belə də olmalıdır. Bir də özlərini heç vaxt günahlandırmır və mələk kimi görürlər.

3. Pessimistlər

Bunlar həyatlarında olan yaxşı şeyləri də qiymətləndirə bilmirlər. Əgər siz desəniz ki, bu gün hava çox gözəldir, onlar: "nəyi gözəldir, kaş filan cür olaydı" deyərlər. Əgər siz məsələn, magistratura imtahanının 1-ci mərhələsini keçdiyinizə sevinirsinizsə, onlar deyəcəklər: "nə bilirsən ki, 2-cisindən də kecəcəksən?".

Niyə təhlükəlidirlər: bu insanlar öz mənfi enerjiləri ilə sizin xoşbəxtliyinizi oğurlayarlar. Bu adamlarla çox ünsiyyətdə olsanız, həyatınız maraqsızlaşacaq.

4. Manipulyatorlar

Bu insanlar başqalarını idarə etməkdə mütəxəssisdirlər. Bunlar adamın zəif yerini asanlıqla tapır və insanları yönəltmək üçün hara zərbə endirəcəklərini yaxşı bilirlər.

Niyə təhlükəlidirlər: Bu insanlarla ünsiyyət sizin inanclarınızı qıra və özünüzə hörmətinizi zədələyə bilər. Onlar sizin istəmədiyiniz şeyi də sizə etdirə bilirlər. Bu da sizin şəxsiyyətinizi öldürər. Siz bu insanların prioritetləri ilə yaşayırsınız.

5. "Arzu öldürənlər"

Hər dəfə sizin arzularınız meydana gələndə onlar sizə bunun mümkünsüzlüyünü təlqin edirlər. Onlar sizi həmişə aşağı çəkirlər.

Niyə təhlükəlidirlər: Onlar asanlıqla sizin özünəinamınızı sındıra bilərlər. Onlar özlərini realist sayırlar, halbuki bu realistlikdən uzaqdır, onlar gələcəyə inamı öldürürlər.

6. İkiüzlülər

Süni insanlar... Məsələn, siz gülməli nə isə danışırsız, onlar süni-süni gülürlər, amma siz bunun süni olduğunu hiss edirsiniz. Sizə sizi sevdiklərini desələr də, arxanızca sizin axmaq olduğunuzu deyirlər və s.

Niyə təhlükəlidirlər: bunu hiss etsəniz, onlardan uzaq durun, çünki sizin həqiqətən ehtiyacınız olanda onlar yanınızda olmayacaqlar.

7. Hörmətsizlər

Onlar sizin fikirlərinizə əsla hörmət etmir, həmişə sizi özlərindən aşağıda görürlər. Sizin edəcəyiniz hər hərəkətin yersiz oluğunu, səhv olduğunu təlqin edirlər. Özü də bunların elə enerjisi var ki, sizi məhv edər və həqiqətən də sizə sizi "heç" kimi hiss etdirər.

Niyə təhlükəlidirlər: bu insanlar əsla nəyinsə, sizin xətrinizə dəyəcəyini düşünməzlər. Onlar istədikləri anda, istədikləri yerdə sizi pərt edərlər.

Əgər sizdə bu 7 tip insandan uzaq durma imkanı varsa, dərhal uzaqlaşın. Həyat qısadır və bunlar kimi lazımsız adamlarla onu ləkələtməyin. Bu insanlar yenə də bu saydığımız neqativ şeylərin hamısını kimlərəsə tətbiq edəcəklər, daima bu işlərinə davam edəcəklər. Odur ki, uzaqlaşmanız birmənalı şəkildə Sizin öz xeyrinizədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm