“Facebook”- un 10 yaşı oldu
Bizi izləyin

Tabloid.az

“Facebook”- un 10 yaşı oldu

Azərbaycanda “Facebook”dan əhalinin 11.53 %-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir.

Bu gün “Facebook”un yaranma günüdür .

Publika.Az bildirir ki, hazırda Azərbaycanda bu sosial şəbəkədə 1 milyondan artıq istifadəçi qeydiyyatdan keçib.

Azərbaycanda “Facebook”dan əhalinin 11.53 %-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir. Şou-biznes nümayəndələrindən isə prodüser Tolik bu sosial şəbəkənin ən aktiv istifadəçisidir. “Facebook” sosial şəbəkəsi haqqında Tolik, belə söyləyir:

“Bu gün "facebook" dediyimiz, amma əslində kimlərinsə milyonlar qazandığı sosial şəbəkənin yaranma günüdür.

Amma bu şəbəkə hansısa gəncin özünə intihar edəcəyi xəbəri paylaşdığı, hansisa qruplaşmanın yaratdığı səyfə ucbatından Azərbaycandan Suriyaya müharibəyə getməyə vadar etdiyi şəbəkədir.

Hansı ki, bəzi anaları, bacıları gözü yaşlı qoyub. Yalançı muxalifətçilər ki, həyatda özləri heçnəyə qadir ola bilməyiblər.

Gənclərin ağıllarını öz yaratdıqları yalançı, uydurma faktlarla doldurub, mitinqlərə çixardan şəbəkədir. Bəs sənə nə verib bu şəbəkə? Hirsdən, kədərdən başqa? “

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm