Xalını, dodağını, ayaqlarını və... sığortalamaq istəyən şou əhli - SORĞU
Bizi izləyin

Tabloid.az

Xalını, dodağını, ayaqlarını və... sığortalamaq istəyən şou əhli - SORĞU

Xalını, dodağını, ayaqlarını və... sığortalamaq istəyən şou əhli

Bədənin müəyyən hissələrini sığortalama dəbi hələ 1900-cu illərin ortalarından meydana gəlib. Son zamanlar isə dünya gündəmində ayaqlar daha çox sığorta olunan bədən hissəsi kimi öz təsdiqini tapıb. Birinci ayaqlarıyla pul qazanan futbolçular, ikinci isə ayaqlarıyla bütün dünyaya göz ziyafəti verən modellər və müğənnilər ən çox sığorta edən insan qruplarıdır.

Yerli şou-biznesdə isə hələ bədənin hər hansı bir hissəsini sığorta edən simaya rast gəlinməyib. Məsələni əlimizdə əsas tutub, şou əhli arasında “Bədəninizin hansı hissəsini sığortalayardız?” sualını ünvanladıq.

Publika.Az həmin sorğunu sizlərə təqdim edir:

Xalq artisti Nazpəri Dostəliyeva: " Bizim müğənnilər hələ buna hazır deyil. Biz ABŞ deyilik, ora çatmağımıza da 2 əsr var. O boyda maşınımı sığorta etməmişəm".

Əməkdar artist Abbas Bağırov: "Heç bir yerimi...Yaxşı olar bu sualı xanımlara ünvanlayardız( gülür). Məni Allah qorusun".

Prodüser Təranə Səmədova: "Dodaqlarımı sığortalayardım. Allah mənə bu dodağı verib. Əksər insanlar süni mayedən istifadə edərək, bu cür dodağa sahib olmaq istəyirlər".

Teleaparıcı Vüsalə Əlizadə: "Beynimi siğortalamaq istərdim. Beynimin və ürəyimin dəyərli olduğunu bilirəm".

Müğənni Günel Ələkbərova: "Əlimdəki xalımı siğortalayardım. Belə də ki, heç maşınımızı siğortalamırıq".

Müğənni Roza Zərgərli: "Mən ümumi bədənimi siğortalayardım. Amma istərdim ki, mən öldükdən sonra lazım olan orqanlarım ehtiyacı olanlara köçürülsün".

Teleaparıcı Seva Camalova: "Ayaqlarımı siğortalayardım".

Prodüser Sultan Qocayev: "Üzümü, sifətimi sığortalayardım. Plastika var üzümdə".

Reper Qurd : "Aaaaa, onu demək istəmirəm ( gülür). Əlimi sığortalanaq istəyirəm. Ən zədə alacaq yer əldir. Gözümü də sığorta etmək istəyirəm".

Rəqqasə Aytən: "Allah bütün qadınlara gözəllik verib. O gözəllikdən bir azda olsa, mənə nəsib olub. Mən bədənimin hər bir hissəsini sığortalayardım".

Teleaparıcı Günel Hümbətova: "Mən səsimi, səs tellərimi sığortalatmaq istəyərdim. Bir insan ona uğur gətirən vasitəni qoruyub, saxlamalıdır. Məndə bu sahədə səsimlə radio aparıcı kimi tanınmışam".

Aktrisa Hüsniyyə Mürvətova: "Aktrisalıqdan savayı dublyajla da məşğulam. Səsimi, boğazımı sığortaladardım".

Gənc ifaçı Ceyla: "Ürəyimi sığorta edərdim. Amma belə heç bir yerə ehtiyac yoxdur".

Stilist Anar Ağakişiyev: "Əllərimi və gözlərimi siğorta edərdim. Çünki, əllərimlə də , gözlərimlə də

işimi görürəm".

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm