Azərbaycanın ən böyük kitab marketi açılacaq!
Bizi izləyin

Tabloid.az

Azərbaycanın ən böyük kitab marketi açılacaq!

Azərbaycanın ən böyük kitab marketi açılacaq!

Hədəf Nəşrləri tərəfindən yaradılan Kitabevim.az mağazası 2010-cu ildə Z.Əhmədbəyov 2 ünvanında açılmışdır. 2013-cü ildə böyük bir bazaya malik olan onlayn satış mağazasını (www.kitabevim.az) oxuculara və alıcılara təqdim edən şirkət ikinci dükanını 28 May metrosunun yaxınlığında (Puşkin 26A. Ak Centr 2-ci mərtəbə) 380 kv. metrlik məkanda açacaq. Mağazanın açılışını mart ayına planlaşdıran şirkət müştərilərinə ən münasib qiymətlərlə kitablar təklif edəcəyinə və mağazanı kitabsevərlərin ən səmimi məkanına çevirəcəyinə iddialıdır. Mağaza səhər saat 9:00-dan axşam saat 22:00-a qədər oxucuların üzünə açıq olacaq. Mağazanın fəaliyyəti aşağıdakı konsept əsasında formalaşacaq:

Layihənin məqsədi: Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan, çay, kofe içərək bir nağıl oxuması, əyləncəli komiks kitabı ilə tanış etməsi, Bakı şəhərində keçiriləcək müxtəlif kitab təqdimatlarının təşkil edilməsi, kitabsevərlərin bir araya toplaşıb söhbət etməsi, fikir mübadiləsi aparması, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq.

Kitab kafe, topdansatış kitab dükanı, kitab təqdimatlarının ən uyğun məkanı

Kitab dükanında həyata keçiriləcək layihələr:

1. "Qoy-götür" guşəsi

Bu guşənin məqsədi həvəskar və ehtiyacı olan oxucuların mütaliəyə olan marağını artırmaqdır. Belə ki, bu guşəyə üzv olan oxucular 10 gün müddətində oxumaq üçün guşədə olan istədiyi kitabı götürə bilər. Guşənin kitab bazası kitabsevərlərin, təşkilatların, şəxslərin və mağazanın guşəyə hədiyyə etdiyi kitablarla formalaşacaq.

Sonrakı müddətdə bu güşədən istifadə etmək üçün guşəyə üzv olmaq tələb ediləcək ki, bu da guşəyə bir kitab hədiyyə etməklə mümkündür. Oxucular kitab götürmək istədikdə şəxsiyyət vəsiqələrinin surətini çıxararaq xüsusi hazırlanmış şüşə qutuya salacaqlar.

2. Günün, həftənin, ayın kitabı

Bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar olacaq. Bu guşədə sezona uyğun olaraq, müəyyən metodik kitablar da ola bilər. "Günün kitabı" , "Həftənin kitabı", "Ayın kitabı" adı ilə seçilən kitabların qarşısında xüsusi çərçivədə qiymətləri göstəriləcək. Hər gün səhər "Günün kitabı" elan edilib xüsusi vitrinə yığılacaq. Kitabevim.az saytında bu layihə ilə bağlı guşə olacaq və oxucuları mütəmadi məlumatlandıracaq.

3. Kitabkafe

Kitab kafenin məqsədi mağazada alış-veriş edən insanlara çay və kofe xidməti göstərməkdir. Kafedə əyləşən insanlar istənilən kitabı oxuma, tanışolma haqqı qazanır. Kafedə uşaqlar və gənclər üçün xüsusi masalar tərtib edilmişdir. Xüsusi formada hazırlanan masaların üzərində aypədlər olacaq ki, pulsuz Wifi-la təmin ediləcək. Ümumiyyətlə, mağaza açıq wifi ilə təmin edilmişdir. Kafenin "Şərq masası" isə qədim şərq ornamentləri ilə hazırlanmışdır.

4. Kitab təqdimatlarının, imza mərasimlərinin, yazarlarla görüşlərin təşkili

Kitab təqdimatları üçün ayrılmış açıq zalda nəşriyyatlar və yazarlar təqdimat keçirə bilər. Təqdimatların keçirilməsi zamanı foto çəkiliş mağaza tərəfindən çəkilib sifarişçiyə hədiyyə edilir. Ay ərzində bir neçə dəfə oxucularla müəlliflərin görüşü, əsərlərin müzakirəsi təşkil ediləcək, gənc yazarlara yönəlik seminarlar keçiriləcək.

5. Oxucu klubu, güzəşt kartı

Kitabevim.az mağazasına gələn hər kəsə 5% -lik "Oxucu klubu" güzəşt kartları təqdim ediləcək. Kart sahibləri bundan sonra hər kitab aldıqca müəyyən bal qazanacaq. Hər 5 manatlıq alış-verişə görə 5 bal qazanır. Hər 5 bal isə 50 qəpik deməkdir. Toplanılan hər 100 baldan sonra müştərinin kitab mağazasında qeydiyyatda olduğu mobil nömrəsinə bildiriş mesajı göndəriləcək. Bu ballarla müştəri istənilən vaxt mağazada alış-veriş edə bilər. Ümumiyyətlə, kartlar beş növ olacaq: 5%-lik "Oxucu klubu", 10%-lik "Hekayə", 15%-lik "Roman", 20%-lik "Dastan" və "Ədəbiyyat" VIP güzəşt kartları təqdim ediləcək.

6. Bukinist guşəsi

Bu şöbə antik bir dizaynla hazırlanmışdır. Burada dəyərli əski kitabları alıb-satmaq imkanı yaradılmışdır. Gələcəkdə bu şöbədə antik kitabların sərgilənməsi planlaşdırılır.

7. Çətin tapılan kitabların sifarişi

Xarici kitabların sifariş edilməsi xidməti həyata keçirilir. Ən uyğun qiymətə müştəriyə təqdim edilir.

8. Açılış günü bütün kitablara 25% endirim ediləcəkdir.

9. Mağazada bütün nəşriyyatlara, müəlliflərə eyni münasibət sərgilənəcək, kitablar satışına, yeniliyinə görə vitrinlərdə yerləşdiriləcək və mağazanın reklam tablolarında yayımlanacaqdır.

10. Hədiyyə kartları

Bu kartlar müştərilər tərəfindən dostuna, yoldaşına, yaxınına hədiyyə edilmək üçün nəzərdə tutulur. Müştəri bu kartı dükandan alaraq istənilən zaman, istənilən şəxsə hədiyyə edə bilər. Kartlar birdəfəlik istifadə etmək üçün nəzərdə tutulur.

Hədiyyə kartları 5, 10, 20, 50, 70, 100, 200 manat dəyərində olur. Məbləğindən asılı olmayaraq, hədiyə kartları həmişə 15% güzəştə malikdir. Hədiyyə kart sahibləri alış-veriş etdiyi zaman məbləğinə uyğun olaraq güzəşt kartlarına sahib ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm