Tabloid.az
Məşhur müğənni ana oldu - FOTOLAR
Türkiyəli müğənni Demet Akalının qızı dünyaya gəlib.
Sənətçi bu gün səhər saatlarında ana olub. Sevilən mahnıları ilə qardaş ölkənin öndə gedən məşhur ifaçılar sırasına qatılan Demet Akalın hamiləlik zamanı övladının adını Hira qoyacağını açıqlamışdı.
Hamiləliyinin son gününə qədər fotolar çəkdirib izləyiciləri ilə paylaşan müğənni hər zaman medianın gündəmində olub. Hiranın hər bir əşyasını, geyimini özəl olaraq hazırladan ifaçı doğuşa bir neçə ay qalmağına baxmayaraq körpənin artıq otağını da hazır etmişdi. Məşhur sənətçi son dəfə isə maraqlı bir açıqlama ilə sevənlərini məyus edib. O, bildirib ki, hamilə olduğu zaman övladının əşyalarını çəkib sosial şəbəkələrində paylaşmağına baxmayaraq qızının fotosunu yayımlamayacaq.
Demet bu qərarı həyat yoldaşı Okan Kurtla birlikdə verdiyini bildirib. Cütlük mediaya "körpənin gözə gəlməsindən qorxuruq" açıqlamasını veriblər.
Xatırladaq ki, ifaçı 2012-ci ildə Okan Kurtla ailə həyatı qurub./Anspress
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ