Eva Mendesin cazibədarlıq sirri - Fotolar
Bizi izləyin

Tabloid.az

Eva Mendesin cazibədarlıq sirri - Fotolar

Dünyaca məşhur aktrisa Eva Mendes daim gözəlliyi və şıqlığı ilə qadınlara nümunə olur. Cazibədar aktrisanın stilində ən diqqət çəkən məqam isə demək olar ki, həmişə saç aksessuarlarından istifadə etməsidir. Sağlam saçları və sadə makiyajı ilə həmişə baxımlı görünən Evanın saç aksessuarları dəbli görünmək istəyən xanımlar üçün əsl ilham qaynağıdır.

Krujevalı lentlər, ləçəklər Evanın vaz keçilməzləri arasındadır.

Aktrisa 2009-cu ildə bir dəvətə qırmızı bəbir naxışlı libası ilə gəlib. Eva geyimini tacla tamamlayıb. Qara rəngli tac aktrisaya çox yaraşıb.

Bir filmin qalasında iştirak edən Eva yenə uğurlu saç aksessuar seçimi ilə diqqət cəlb edir.

Ulduz diqqət çəkən və qeyri-adi saç aksessuarlarından ustalıqla istifadə edir. Evanın toppuz saç modeli ilə tüklü saç aksessuarı bir-birini tamamlayıb.

2010-cu ilə nəzər salırıq. Eva bu dəfə at quyruğu yığdığı saçlarını daş-qaşlı saç aksessuarı ilə bəzəyib.

2011-ci ildə də Eva öz stilinə uyğun saç aksessuarları ilə dəvətlərin ən cazibədar xanımı olmağa davam edib.

Evanın bu fotosu 2012-ci ildə çəkilib. İstifadə etdiyi ipək yaylıqla göz qamaşdıran aktrisa sözün əsl mənasında qadınlara saç aksessuarlarından düzgün istifadə etmək barədə dərs verir.

Cazibədar aktrisa cari ildə də öz sevimli aksessuarlarını nümayiş etdirməyə davam edir.

Siz də gözəl aktrisa kimi saç aksessuarlarını sevirsinizsə, üz quruluşunuza və geyiminizə uyğun modelləri seçməyə diqqət edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm