ANS-də daha bir tanınmış teleaparıcı – ÖZƏL
Bizi izləyin

Tabloid.az

ANS-də daha bir tanınmış teleaparıcı – ÖZƏL

“Günəbaxan” verilişinin ardınca ANS-də daha bir verilişin aparıcısı dəyişdirilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, “Əslində mən” verilişinin aparıcısı Zabir Əliyevi həmkarı Lətafət Ələkbərova əvəzləyib.

Bizimlə söhbətində L.Ələkbərova məlumatı təsdiqləyib və bildirib ki, bu mövsümdən sözügedən verilişin aparıcısı olacaq: “Təklif telekanal rəhbərliyindən gəldi, mən də məmnuniyyətlə qəbul etdim. İnanıram ki, müəyyən fasilədən sonra tamaşaçılarla görüşüm maraqlı alınacaq”.

Qeyd edək ki, bu, yeni mövsümdə ANS-də olan ilk aparıcı dəyişikliyi deyil. Belə ki, “Günəbaxan” verilişinin aparıcısı telekanaldan ayrıldığına görə onu Kamran Həsənli əvəzləyəcək.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm