Tabloid.az
Dünya şöhrətli bəstəkar Bakıda konsert verəcək
Azərbaycan daha bir məşhur sənətçini qəbul edəcək.
Yaponiyanın dünya şöhrətli bəstəkarı, musiqiçi, "Qremmi" və "Qızıl qlobus" mükafatı sahibi Kitaron mart ayının 7-də Bakıda tamaşaçılarının qarşısına çıxacaq. Musiqiçi Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcək. Dünya şöhrətli Kitaro Bakıya "Final call" adlı yeni proqramı ilə ölkəmizə qonaq gəlir.
Qeyd edək ki, Kitaronun "Final call" ("Son çağırış") musiqi albomu 2014-cü ildə 56-cı "Qremmi" mükafatının nominantlarından olub. 30 illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi Heydər Əliyev Mərkəzində tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcək.
Qeyd edək ki, musiqi təhsili olmayan ulduz musiqi aləminin incəliklərini özü öz istəyi ilə öyrənib. Kitaron klavişli alətlərlə yanaşı bir çox alətlərdə möhtəşəm ifa edə bilir. İşləməkdən və daima nələrisə öyrənməkdən yorunmayan sənətçi şəxsi konsertlərinin işıq tərtibatçısı hətta albomlarının aranjimanını da özü edib.
1993-cü ildə "Səma və torpaq" kinofilminə bəstələdiyi musiqiyə görə "Qızıl qlobus" mükafatı alan Kitaro bir neçə dəfə "Qremmi"yə nominant olub. 2001-ci ildə isə bəstəkarın "Thinking of you" albomu "Qremmi" mükafatına layiq görülüb.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?