Günay Musayeva Tolqa Kareldən boşanır - "Sevgililər günü"ndə
Bizi izləyin

Tabloid.az

Günay Musayeva Tolqa Kareldən boşanır - "Sevgililər günü"ndə

2011-ci ildə evlənən türkiyəli aktyor Tolga Karel və model Günay Musayeva boşanmağa qərar verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karel ilə üç il əvvəl nikah masasına oturan Musayeva boşanır. Cahangir adında bir də oğulları olan cütlük artıq məhkəməyə müraciət edib. Karel ilə Musayevanın məhkəməsi fevralın 14-ü “Sevgililər günü”ndə Çorlu məhkəməsində baş tutacaq.

Cütlüyün razılaşma yolu ilə boşanacağı, buna görə evliliklərinin ilk iclasda bitəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm