Tolqa və Günaydan boşanma xəbərinə cavab
Bizi izləyin

Tabloid.az

Tolqa və Günaydan boşanma xəbərinə cavab

Azərbaycanlı model Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə boşanma xəbərlərinə münasibət bildirib.

Axşam.az-a açıqlama verən Günay yayılan xəbərləri təkzib edib:

“Hazırda işlərimlə bağlı xaricdəyəm. Xəbəri bu gün səhər oxudum. Burada jurnalistlər maraqlı ssenarilər uydururlar. Hətta məhkəmə gününü və məkanını da yazıblar. Artıq bu məsələ ilə bağlı danışmaq istəmirəm. Tolqa xəbərin yalan olduğunu onsuz da açıqlayıb. Hamısı şayiədir”.

Tolqa Karel də Türkiyə mətbuatına açıqlamasında boşanma xəbərlərinin həqiqətə uyğun olmadığını deyib:

“Üç ildir, evliyik, bu müddət ərzində 30 dəfə bizi boşandırıb-barışdırdılar. Hər boşanma xəbərində isə bir az da ədəbsizlik olur. Bu dəfə dəqiq tarix belə verdilər. Əvvəllər belə xəbərlərə gülürdüm, indi isə onları oxumuram da. Media nümayəndələrindən xahiş edirəm, daha maraqlı xəbərlər yazsınlar. Eyni xəbəri verməkdən yorulmadılar?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm