Türkiyəli aktyorları milyonçu edən film - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyəli aktyorları milyonçu edən film - FOTOLAR

Baş rollarda Türkiyənin məşhur komikləri Ahmet KuralMurat Cemcirin çəkildikləri "Düğün dernek" filminin uğuru ekspertləri belə, heyrətləndirib.


Milli.Az AHT-yə istinadən bildirir ki, çəkilişləri 3 milyon lirəyə başa gəlmiş filmə 9 həftə ərzində 6.033.992 nəfər baxıb.

Filmin çəkiliş qrupu "Düğün Dernek"i yeni səhnələrlə martın 21-də yenidən nümayiş etdirəcəyini və bu minvalla "Fetih 1453!" filminin 6,5 milyonluq izləmə rekordunu qıracağını bildirir. Ən maraqlı olay isə filmin baş rollarında oynamış aktyorların qazanclarıdır.

Belə ki, Ahmet Kural və Murat Cemcir filmdəki çəkilişlər üçün qonorar əvəzinə, satışlardan əldə ediləcək məbləğin 15 faizini istəyiblər.

"Düğün Dernek"in 60 milyon lirə gəlir əldə etdiyini nəzərə alsaq, aktyorların hər birinə 9 milyon lirə pul düşür.

Filmin ssenari müəllifi Selcuk Aydemir prodüserliyi Cem Yılmaza təklif etmişdi. Amma C.Yılmaz bu təkliflə razılaşmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm