Azərbaycanlı yazıçıya Serbiyada mükafat verdilər – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı yazıçıya Serbiyada mükafat verdilər – FOTO

Serbiyada fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış nüfuzlu “Kariç qardaşları Fondu” İdarə Heyətinin qərarı ilə Azərbaycanın xalq yazıçısı Elçin 2014-cü ildə “Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə” nominasiyası üzrə “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb.

Publika.az-ın məlumatına görə, mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı Elçinin əsərləri mütəmadi olaraq xarici ölkələrdə nəşr edilir. Ədibin roman və hekayələri Serbiya Respublikasında da geniş yayılıb.


Xalq yazıçısının serb dilində nəşr olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm