Azərbaycan gözəlləri beynəlxalq müsabiqədə
Bizi izləyin

Tabloid.az

Azərbaycan gözəlləri beynəlxalq müsabiqədə

Azərbaycan ilk dəfə “Miss Model of The World” gözəllik müsabiqəsində iştirak edəcək.

Bu haqda məlumatı Tabloid.az-a tanınmış təşkilatçı Aqil Məmiyev verib. O, deyib ki, yarışma noyabrda olacaq. Təşkilatçı əlavə edib ki, vaxt azlığı ilə əlaqədar olaraq Azərbaycanda final keçirilməyəcək. Kastinq yolu ilə seçilən gözəllərimiz təşkilatı Azərbaycan üzrə komitənin rəyinə əsasən, ölkəmizi mötəbər yarışda təmsil edəcək.

Seçilən iştirakçılar arasında boy, bədən ölçüləri, xarici dil biliyi , gözəllik və s detallara üstünlük veriləcək.

Nəzərinizə çatdıraq ki, müsabiqə 1988-ci ildən ildən bəri hər il dünyanin nüfuzlu ölkələrində keçirilir. Bu il dünya finalı noyabrda iqtisadi cəhətdən inkişaf etmiş Honk-Konq-da baş tutacaq. Qeyd edək ki, yarışmanin beynəlxalq direktoru “World Beauty Congrens”in prezdenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm