Kənan M.M-dən Vüqara cavab: “Mən kino çəkirəm” - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Kənan M.M-dən Vüqara cavab: “Mən kino çəkirəm” - ÖZƏL

Rejissor Kənan M.M (Mahmudov – red.) müğənni Vüqar Muradovun fikirlərinə münasibət bildirib.

Qeyd edək ki, Vüqar Muradov növbəti klipini Kənana çəkdirmək istədiyi ilə bağlı açıqlama verib: “Söz-söhbət oldu bitdi. Çəkişməsən, bərkişməzsən. O, mənim düşmənim ola bilməz. Ancaq mənim qardaşım ola bilər. Bu, yarışma idi. İndi danışırıq. Hələ mənə klip də çəkəcək.”

Hazırda Türkiyədə olan Kənan Mahmudov isə Publika.az-a eksklüziv açıqlamasında belə bir fikrinin olmadığını söyləyib: “Mən kino çəkirəm, artıq böyümüşəm. Amma bir xanım müğənni var, dostumdur. Ona klip söz vermişəm, başqa heç kimə klip çəkmək fikrim yoxdur”.

Qeyd edək ki, Vüqar Muradovla Kənan Mahmudovun münasibətləri ATV-də yayımlanan “Ulduzların döyüşü” yarışmasından sonra soyumuşdu. Hətta Vüqar Muradov rejissor barədə polisə şikayət etmişdi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm