Hüseyn Cavidin qızı yad edilib
Bizi izləyin

Tabloid.az

Hüseyn Cavidin qızı yad edilib

Cavidlər ailəsinin, Hüseyn Cavidin qızı, Turan Cavidin anadan olmasının 91 illiyi münasibətilə “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilib.

Publika.az xəbər verir ki, ssesiyada görkəmli elm xadimləri, AMEA MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Gülşən Əliyeva-Kəngərli və digər şəxslər edib.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Turan Cavidlə bağlı xatirələrindən danışıb. Hüseyn Cavidin külliyatının orijinal variantına qaytarılmasında göstərdiyi xidmətlərindən, H.Cavid adının yüksəklərə qaldırılmasında Turan Cavidin danılmaz əməyindən söhbət açıb.

Muzeyinin əməkdaşı Cəmilə Turan Cavidin çoxşaxəli fəaliyyəti haqqında, tədbir münasibətilə açılmış sərgidə nümayiş olunan, onun həyat və sənət yolundan bəhs edən sənədlər, fotolar, xatirə əşyaları haqqında geniş məlumat verib. Sonda muzeyin ekspozisiyasında hazırlanmış sərgidə Turan Cavidin şəxsi əşyaları nümayiş olundu və tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm