Oksana söz atdı, Aytən diskotekada pul üçün oynayanlardan danışdı
Bizi izləyin

Tabloid.az

Oksana söz atdı, Aytən diskotekada pul üçün oynayanlardan danışdı

Oksana söz atdı, Aytən diskotekada pul üçün oynayanlardan danışdı

Oriyental rəqsin mahir ifaçısı Rəqqasə Aytən Oksana Rəsulova arasında baş vermiş məsələyə aydınlıq gətirib.

Publika.Az xəbər verir ki, ATV kanalında yayımlanan “10-lar” verlişində həmkarının ““Əksəriyyət oriyental rəqqasəlliyi pul üçün seçir” ifadəsini işlətməsi qarmaqarışıqlılıq yaradıb. Rəqqasə Aytən məsələ ilə bağlı belə deyir:

“Oksana mənim çox yaxın dostumdur. Dünən “10-lar” verlişi bitdikdən sonra 15 dəqiqə keçmiş Oksana mənə zəng vurdu. Dedi ki, Aytən vallah elə bir şey olmayıb. Müsahibə haqqında mən tərif demişəm. Onlar da tərifi kəsib, tənqidi veriblər.

“Əksəriyyət oriyental rəqqasəlliyi pul üçün seçir” cümləsini qoyublar. Bu barədə Oksana ilə şərikəm. Bizim kanallarda tərif yox, tənqid verilir. Mənim işim göz qabağımdadı.

Türkiyəyə nə qədər pul xərcləmişəm. O pulları altıma qoyub, özüm üçün gün ağlayaram. Diskotekada pul üçün oynayan rəqqasələrimiz var. Oksana onlara söz atır. O rəqqasələri də qınamaq olmaz”.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm