Tabloid.az
Kənan M.M-dən maraqlı AÇIQLAMALAR

Rejissor Kənan M.M (Mahmudov) Türkiyəyə kursa gedib. Bu barədə Publika.az-a rejissor özü məlumat verib. Onun sözlərinə görə, Türkiyənin “Fox” telekanalında yayımlanan “Bu, benim hayatım” adlı seialın çəkiliş prosesində iştirak edir. Mahmudov Türkiyə və Azərbaycan seriallarının çəkiliş prosesini belə müqayisə edib:
“Burda qeyri-adi bir şey gördüm. Onun da adı puldur. Aktrisanın gözünə dərman saldılar, ağladı. Bizdə isə özləri ağlayırlar. Burda aktrisaya sözü kənardan deyirlər, təkrar edir. Bizdə isə özləri əzbərləyirlər. Bizdə pul az olduğuna görə cəmi altı nəfərlik qrup olur. Burda isə pul çox olduğu üçün səksən adam çalışır. Azərbaycanda serial çəkilən aktyor ayına 800 manat alır, Türkiyədə həftəsinə on min dollar. İndi bildiniz niyə türk serialları keyfiyyətlidir? Qurban olum öz aktyorlarımıza, aktrisalarımıza. Düzələr yavaş-yavaş. Heç kimi qınamaq olmaz”.
Rejissor Türkiyədə klip çəkdirən azərbaycanlı müğənnilərin də “bostanını” daşsız qoymayıb:
“Bakıda bizə bir klip üçün beş min vermək istəməyən nazlı-duzlular, burda bir-birinin acığına bir klipə 25 min verirlər”.
İntiqam VALEHOĞLU




-
Avropa22:14
Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum: 12 nəfər xəsarət aldı
-
Magazin121:49
O mükafatın Kann Film Festivalı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur! - Röya Ayxanla bağlı QALMAQAL
-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi