Günay Musayeva “Türkiyə-Azərbaycan sənət səfiri” seçildi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günay Musayeva “Türkiyə-Azərbaycan sənət səfiri” seçildi – FOTOLAR

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva qardaş ölkədə mükafata layiq görülüb.

Publika.az-ın məlumatına görə, model Türk Cumhuriyyəti və türk dünyası ölkələrinin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətinə görə “Türkiyə-Azərbaycan sənət səfiri” seçilib: “Bu mükafat mənim üçün çox önəmlidir. Çünki ölkəmi təmsil edirəm. Mükafatı almaq üçün səhnəyə çıxarkən də söylədim ki, Azərbaycanla qürur duyuram. Hər müvəffəqiyyətim ölkəm üçündür, bu mükafatı da Azərbaycan adına almışam. “Türkvision” müsabiqəsi üçün isə Kazana gedəcəm. Orada keçiriləcək moda nümayişində baş modeləm”.
Qeyd edək ki, Çırağan sarayında keçirilən mükafatlandırma mərasiminə türk dünyasının tanınmış simaları ilə yanaşı, xalq artisti Brilliant Dadaşova da qatılıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm