Rəqqasə Fatimə hədələdi: “Səbrimin bir həddi var”- FOTO
Bizi izləyin

Tabloid.az

Rəqqasə Fatimə hədələdi: “Səbrimin bir həddi var”- FOTO

Rəqqasə Fatimə hədələdi: “Əsəblərimin bir həddi var”

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva yeni layihəsində şou-biznesin tanınmış simalarını bir araya gətirəcək.

Bu barədə Publika.az-a açıqlama verən rəqqasə bildirib ki, yeni layihəsi Azərbaycanda ilk dəfə keçirilir:

“Haqqında danışdığım layihədə Azərbaycanın ən tanınmış simaları məşhur Hind filmindən olan səhnəni canlandıraraq, mənimlə birgə rəqs edəcəklər.

Bir az da dəqiqləşdirsək, bu məşhur Hind aktyoru Şahrux Xanın rol aldığı bir filmdəki rəqs səhnəsi olacaq.

Layihəni isə Türkiyənin tanınmış rejissoru Barış ekranlaşdıracaq.

Hazırda onun özü də Bakıdadır.

Layihədə yer alacaq 15 tanınmış simanı rejissorla bir yerdə mən müəyyənləşdirmişəm.

Bir ilə yaxındır üzərində iş gedən bu layihənin çəkilişlərinin növbəti hissəsi yaxın müddətdə başlanır.

Proyekt çox fərqli olacaq.

Ekran işi hazır olduqdan sonra, paytaxt məkanlarının birində möhtəşəm təqdimat mərasimi edəcəm”.

Daha sonra Fatimə bəzi həmkarlarına ultimatum da göndərib: “İndi qulağıma yeni-yeni məlumatlar gəlib çatır.

Eşidirəm ki, bəzi həmkarlarım mənim bu layihəmi təkrarlayaraq, tanınmış simaları bir araya yığır.

Bu sadəcə gülüncdür.

Azərbaycanda ilk dəfə bir proyekt üçün tanınmış simaları bir araya yığan rəqqasə mənəm.

Əgər kimlərsə bunu təkrarlamaq istəyirsə, bunun bir adı var.

Oğurluq!

Başa düşə bilmirəm. Nə vaxta qədər mənim tökdüklərimi yığacaqlar?

Mənim də səbrimin bir həddi var. Bu günə qədər susdum, düşünməsinlər ki, yenə susacam”.

Qeyd edək ki, əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandırdıqları layihədə Könül Kərimova, Nadir Qafarzadə, Nanə Ağamaliyeva, Roza Zərgərli, Rafael-Coşqun, Elnur Məmmədli(idmaçı), Günay İbrahimli, “Ay Zaur”, Tolik, Sevda Yahyayeva, Almaz Ələsgərli, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu və başqaları da rol alacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm