Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq
Bizi izləyin

Tabloid.az

Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüylə Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı” çərçivəsində “Türkiyədə Caz” adlı filmin təqdimat mərasimi olacaq.

Publika.az-ın məlumatına görə, 10-16 oktyabrda gerçəkləşən festivalda təqdimatı keçiriləcək “Türkiyədə Caz” filminin rejissoru Batu Akyoldur. Çəklişinə 2011-ci ildə başlanılan "Türkiyədə Caz" kinosu şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 nəfərin iştirakı ilə reallaşan “Türkiyədə caz” hekayəsi xronoloji sənədli kino kimi qiymətləndirilir.

Qeyd edək ki, “Türkiyədə Caz” filminin təqdimatı oktyabrın 13-də baş tutacaq. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm