Konsertdən sonra məşhur müğənnini biabır etdilər - FOTOLAR,VİDEO
Bizi izləyin

Tabloid.az

Konsertdən sonra məşhur müğənnini biabır etdilər - FOTOLAR,VİDEO

Məşhur amerikalı müğənni Meraya Keri keçən həftə Tokioda yapon pərəstişkarları üçün möhtəşəm konsert proqramı ilə çıxış edib. Lakin pərəstişkarlar məşhur müğənninin çıxışından heç də məmnun qalmayıb.

Bir sıra pərəstişkarların fikrincə, Kerinin musiqi fəaliyyətinə son qoyub təqaüdə çıxmaq vaxtıdır. Hətta onlardan biri sosial şəbəkədə yazıb: "Bu, Meraya Kerinin müğənnilik karyerasının sonudur. O, əfsanədir, lakin Meraya təqaüdə çıxmalıdır. O, artıq oxuya bilmir. Nə baş verib?”

Pərəstişkarın bu yazısına digər insanlar da alqışlayaraq deyib: “Meraya Keri həqiqətən də daha oxuya bilmir. Onun çıxışlarını dinləmək ağır idi”.

Qeyd edək ki, bu ilin avqust ayında Meraya Keri əri Nik Kennonla boşanıb. 9 il izdivacda onların əkiz uşaqları olub. Müğənninin ailəsində baş verən xoşagəlməz hadisələrin ona pis təsir etdiyini və bu səbəbdən də yaxşı çıxış edə bilmədiyini düşünənlər var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm