Kişi müğənnidən etiraf: “Buna görə hələ subayam” – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Kişi müğənnidən etiraf: “Buna görə hələ subayam” – AÇIQLAMA

Son vaxtlar adı yaradıcılıqdan çox qalmaqallarda hallanan müğənni Vüqar Muradov bu dəfə də şəxsi həyatı ilə diqqət çəkib.

Publika.az-ın məlumatına görə, Vüqar müğənnilik etdiyinə görə evlənə bilmədiyini deyib: “31 yaşım var, amma hələ də subayam. Bir neçə il bundan əvvəl bir qızı görüb sevmişdim. Universitetdə təhsil alırdı. Ailəsi ilə də tanış idim. Yaxın qohumlarımızdan o ailəyə xəbər göndərdim ki, qızınıza elçi göndərmək istəyirəm, razısınızsa, gəlsinlər. Anası qəti şəkildə etirazını bildirdi ki, mənim müğənniyə veriləsi qızım yoxdur. Həmin vaxtdan ürəyim qırıldı. Mənim günahıma girdilər”.

Sənətçi həmin qızın sonradan ailə qurduğunu, amma həyat yoldaşından ayırılaraq atası evinə qayıdaraq orada yaşadığını dedi: “Nə oldu, müğənniyə qız vermək istəmədilər, məni özlərinə layiq bilmədilər, amma həmin qız indi boşanıb atası evində oturub. Özü də bir uşaqla”.

Vüqar nədən insanların müğənniyə qız vermək istədiklərini belə izah etdi: “Bəzi üzdə kişi kimi görünən, amma daxili başqa cür olan müğənnilər var, özünə toy edir ki, adını üstündən götürsün. Belələrini görəndə insanlar müğənnilərə mənfi münasibət bəsləyir. Müğənni adına ləkə gətirənlərlə bərabər, özünə hörmət edən, sənətinə dəyər verən müğənnilərimiz də var. Hər kəs onlarla qohum olmaqdan şərəf duyar”.

Bu yaşdan sonra sevib, aşiq olmağın mümkünsüz olduğunu, çılğın vaxtlarını geridə qoyduğunu deyən Vüqar ailə quracağı halda, ağıl və məntiqə üstünlük verəcəyini də gizlətmədi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm