Məşhur türk müğənnisi Bakıya gəlir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur türk müğənnisi Bakıya gəlir - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 10-16-da Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı” çərçivəsində Türkiyədən daha bir caz ustası Bakıya gəlir.

Publika.az-ın məlumatına görə, festivalın beşinci günündə, Türkiyənin ən məşhur caz ustalarından olan Şenay Lambaoğlu Bakıda konsert verəcək.

Onu da deyək ki, uzun illərdir Türkiyənin ən önəmli caz musiqiçilərindən biri olan Şenay Lanbaoğlu ölkəsində və xaricdə bir çox festivallarda iştirak edib. Lambaoğlu, söz və musiqiləri özünə aid olan şifahi caz albomu “İçimdə Aşk Var” ilə Türkiyədə böyük bəyəni qazanıb. Şenay Lambaoğlunun bu albomu özünəməxsusluğuyla seçilib. Ş. Lambaoğlunun mahnılarında ziddiyyət, ümid, bəzən də sadəlövh kimi ifa edən bir qadın səsi duyacaqsınız. İfaçının son işi bu ilin iyun ayında çıxardığı solo-albomu “Zarf Tümleci” olub.

Qeyd edək ki, Şenay Lambaoğlunun konserti 14 oktyabr saat 21:30 da "Park Bulvar"-da baş tutacaq. Konsertə giriş sərbəstdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm