“Bay-bay sənin atondu, anondu” – FOTOLAR, VİDEO
Bizi izləyin

Tabloid.az

“Bay-bay sənin atondu, anondu” – FOTOLAR, VİDEO

Azərbaycan milli kinomuzda elə ifadələr var ki, bu gün xalqın dilində aforizmə çevrilib.

Uşaqdan tutmuş böyüyə qədər hər kəs o ifadələrdən istifadə edir. Bu həm də o deməkdir ki, kino həm də ən gözəl təbliğat vasitəsidir.

Publika.az həmin filmlərdən sitatları diqqətinizə çatdırır.

İlk seçmələr məşhur “Qayınana” bədii filmindəndir.

Hüseyn Seyidzadənin rejissor yozumunda ərsəyə gələn filmin müəllifi Məcid Şamxalov, ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyeva, operatoru Fikrət Əsgərov, bəstəkarı Tofiq Quliyevdir. Rollarda xalq artisti Nəsibə Zeynalova-Cənnət, İnarə Quliyeva-Afət, Zərifə, İlham Namiq Kamal-İlqar, Tanilə Əhmərova- Sevda, Fuad Poladov- Ayaz, Səfurə İbrahimova- Sədaqət, Tələt Rəhmanov- Əli çıxış ediblər.

Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır.

Bəlkə, ürəyindən keçir ki, qayınana sənə qulluq eləsin?

Qapı açıqdır, xoş gəldin.

Bu, hələ qızın xırda-mırda cer-cehizidir.

Odur e, yenə at ilxısı, köpək sürüsü, başlayacaqlar ulamağa, şıllaq atmağa.

O, quş deyil, xalis bayquşdur.

Su? Ona zəhirmar verərəm elə.

Məndə bəxt hardaydı, srağagün ölsəydi, bu gün üçüydü.

Əziz gündə evimə it gətirib, məni iylədəcəkən?

Qurban olsun qara köpəyə.

O, qədimdənqalma nüsxədir, necə deyərlər, nadir tapıntıdır.

Ay başınıza dönüm, adam ayda neçə kərəm mamasından olar, ay bunun qarnına şiş batsın!.

Ağız vurrey!!!

Ölmüşdü Xankişi.

Mənə də Cənnət deyərlər, aləmi dağıdaram.

Anam mənə tapşırıb ki, qayınananın ipini boş buraxma, yoxsa çıxıb başında oturar.

Qarnının içi yansın qız doğan, bu nə loodur mən düşdüm.

Gör nə günə qalmışam, bəgənmir bu da məni…

Yığılacaqlar bura intiligentlər - kəllə dolu, cib boş.

Əzizim, bu da məni, qul eylər bu da məni.

Ədə, Qrişə, itinə denən mənim qapımdan keçəndə hürməsin.

Ayazı atan doğub, ya anan əkib?

Ver camadanları, soxsun gözünə.

Kuçədə it az idi, küçük də çamadandan çıxdı.

Bibi, bibi, can bibi, pulları çin-çin bibi.

Hanı mənim təsbihim?

Əlin qurusun eləəə.

Sevda deyiləm ha, sənin üçün.

Bibi, sənin qardaşın oğlu o həriflərdən deyil.

Bay-bay sənin atondu, anondu.

Topladı: Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm