Çimərlik geyimindəki “Liftçi qız”
Bizi izləyin

Tabloid.az

Çimərlik geyimindəki “Liftçi qız”

Son zamanlar Azərbaycan filmlərində, seriallarında, tamaşalarda tənqid hədəfinə çevrilmiş “açıq-saçıq səhnələr”lə bağlı araşdırmamız davam edir.

Publika.az saytı bu dəfə sizə nə az, nə çox, 48 il öncə çəkilmiş (1966-cı il) “Liftçi qız” filmini təqdim edir. Həsən Seyidbəylinin “Xidmət lifti” hekayəsi əsasında çəkilmiş ekran işi cəmi 31 dəqiqə olmağına rəğmən, hələ sovet dövründə yetərincə böyük rəğbət qazanmışdı. Hətta bu filmi xalq artistləri Tariyel Qasımov və Xuraman Qasımovanın vizit kartı da adlandırmaq olar. Rüfət Şabanovun quruluşçu rejissoru olduğu “Liftçi qız” çəkilərkən Xurman Qasımovanın cəmi 15 yaşı var idi. Amma maraqlıdır ki, indiyə kimi Xuraman Qasımovanın bəzi epizodlarında çimərlik paltarında kadrlar hələ illər öncə də etiraza səbəb olmamışdı. Görünür, burada rejissor işi və həmin açıq-saçıqlığın hansı dozada tamaşaçıya ötürülməyi də əsas şərtlərdəndir.

Qeyd edək ki, filmdə X.Qasımova Lalə, Tariyel Qasımov Nəriman, Məmmədrza Şeyxzamanov isə rəssam rollarını oynayır. Filmin bəstəkarı mərhum bəstəkarımız Vasif Adıgözəlovdur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm