Tabloid.az
Azərbaycan filmi mükafat alıb

Azərbaycan filmi SİLAFEST – VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb
Axar.az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SİLAFEST - VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı filmi ən yaxşı turizm filmi mükafatına layiq görülüb.
Bundan əlavə, Kanadanın Monreal şəhərində Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan film festivalı” keçirilib. Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası tərəfindən Konkordiya Universiteti və Monreal Savalan Mədəniyyət Qrupu ilə birgə təşkil edilən və üç gün davam edən festivalda Kanada tamaşaçılarına “Sahə”, “Qala”, “Sarı gəlin”, “Xoca”, “Hökmdarın taleyi” və “40-cı qapı” kimi Azərbaycan filmləri nümayiş etdirilib.


-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO